...

Axtarışa verilən Tacikistan vətəndaşı Azərbaycanda saxlanılıb

Hadisə Materials 18 Avqust 2025 16:11 (UTC +04:00)
Axtarışa verilən Tacikistan vətəndaşı Azərbaycanda saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə,Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi əməlinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş İbronov Xokimcon İmomconoviç 2025-ci ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti