...

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi

Hadisə Materials 18 Avqust 2025 18:00 (UTC +04:00)
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Trend xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti