Bakı.Trend:
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb. Üzərindən kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında onun külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kiloqramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.
Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.