...

ƏƏSMN-ə yanvar-iyul aylarında müraciətlərin sayı açıqlandı

İqtisadiyyat Materials 19 Avqust 2025 11:45 (UTC +04:00)
ƏƏSMN-ə yanvar-iyul aylarında müraciətlərin sayı açıqlandı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-iyul aylarında 14,6 milyon müraciət edilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 9,3 milyon dəfə istifadə olunub, 156,3 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Qeyd edilib ki, son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin 159 xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 60 proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

"Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, cari ilin 7 ayı ərzində Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 299 milyon olub"-məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti