...

Tramp Amerika futbolunun adını dəyişməyi təklif edib

Dünya xəbərləri Materials 6 Dekabr 2025 12:05 (UTC +04:00)
Tramp Amerika futbolunun adını dəyişməyi təklif edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Dünya Çempionatı – FIFA 2026-nın püşkatma mərasimində iştirak edən ABŞ Prezidenti Donald Tramp Amerika futbolunun adını dəyişdirmək çağırışı ilə çıxış edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Məgər sokker (ABŞ-də futbol “sokker” adlanır – red) əslində elə futbol adlandırılmalı deyilmi? Bu elə əsl fubtoldur, buna heç bir şübhə yoxdur. Biz gərək Amerika futboluna təzə at axtarıb-tapaq. Çünki bu ad, bir qədər düşünsəz, mənasızdır”, - deyə Tramp bildirib.

Qeyd edək ki, dünyanın ən mötəbər idman yarışına - FIFA 2026-ya 3 ölkə - ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Çempionat iyunun 11-də start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti