...

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

İdman Materials 7 Dekabr 2025 20:19 (UTC +04:00)
Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

Bakı. Trend:

Bakı İdman Sarayında "Azman Holding"in sponsorluğu ilə keçirilən turnirin son günündə komanda yarışları keçirilib.

Trend-in məlumatına görə, qadınların mübarizəsində qalib Şuşa UGİM olub. Gümüş medala “Umbayev Sport Club”, bürünc mükafata isə “Neftçi” İdman Klubunun birinci komandası sahib çıxıb.

Kişilər arasında “Kanokan-TT” PCİK çempionluğu əldə edib. “Azəri-Cüdo” İKİB II, “Sərhədçi” İM və “Atilla” İK komandaları III yeri tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti