...

Dünya üzrə 4,6 milyard insan hələ də əsas səhiyyə xidmətlərindən məhrumdur – ÜST

Dünya xəbərləri Materials 6 Dekabr 2025 11:21 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankının birgə hazırladığı yeni hesabatda dünya əhalisinin böyük bir hissəsinin hələ də əsas səhiyyə xidmətlərinə çıxışının olmadığı bildirilir.

Trend xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

Hesabata əsasən, 2000-ci ildən bu yana əksər ölkələr səhiyyə xidmətlərinin əhatə dairəsini genişləndirmək və sağlamlıq xərcləri ilə bağlı maliyyə çətinliklərini azaltmaq istiqamətində müəyyən irəliləyiş əldə edib. Bu iki göstərici universal səhiyyə təminatının (Universal Health Coverage – UHC) əsasını təşkil edir. UHC-nin məqsədi 2030-cu ilə qədər hər kəsin ehtiyac duyduğu tibbi xidmətlərə maliyyə çətinliyi yaşamadan çıxışını təmin etməkdir.

“UHC Qlobal Monitorinq Hesabatı 2025”ə görə, Xidmət Əhatə İndeksi (SCI) ilə ölçülən səhiyyə xidmətlərinin əhatə səviyyəsi 2000–2023-cü illər ərzində 54-dən 71-ə yüksəlib.

Bununla belə, hesabatda qeyd olunur ki, dünyada ən yoxsul təbəqəyə aid olan təxminən 1,6 milyard insan səhiyyə xərcləri səbəbindən daha da yoxsullaşır. Ümumilikdə isə dünya üzrə 4,6 milyard insan hələ də əsas səhiyyə xidmətlərindən məhrumdur.

Eyni zamanda, 2,1 milyard insan səhiyyə xidmətlərindən istifadə üçün maliyyə çətinlikləri yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti