...

Makron Zelenski ilə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 7 Dekabr 2025 09:26 (UTC +04:00)
Makron Zelenski ilə telefon danışığı aparıb

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

Trend-in məlumatına görə, bu barədə fransalı lider sosial şəbəkə hesablarında məlumat yayıb.

“Onunla son beynəlxalq müzakirələrimi bölüşdüm. Xüsusən Çində Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələ ətrafında geniş danışdıq” .

“The Independent” daha əvvəl yazıb ki, Makron Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Mertslə birlikdə Londonda Zelenski ilə görüşəcək .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti