...

"Beşiktaş" "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir

İdman Materials 6 Dekabr 2025 16:17 (UTC +04:00)

Bakı. Trend:

"Beşiktaş"da qış transfer pəncərəsi üçün hazırlıqlar rəsmi olaraq başlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, futbol A komandasının koordinatoru Serkan Reçber siyahıda yer alan futbolçularla bağlı danışıqlar aparmaq üçün xaricə yollanıb.

Transferlərdə sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi və yarımmüdafiə xəttinə üstünlük veriləcək. “Ağ-qaralar”ın mərkəz müdafiəçisi namizədləri arasında “Çelsi”nin oyunçusu Aksel Disasi də yer alır.

Yay transfer dönəmində də "Beşiktaş"ın gündəmində olan Disasi “Çelsi”də kifayət qədər şans əldə etmədiyi üçün komandadan ayrılmaq istəyir.

“Çelsi”nin heyətində 61 matça çıxan 27 yaşlı müdafiəçi 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçunun müqaviləsi 2029-cu ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti