...

Pakistan və Əfqanıstan arasında atəşkəs pozulub – KİV

Dünya xəbərləri Materials 6 Dekabr 2025 10:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı . Trend:

Pakistan-Əfqanıstan arasında atəşkəs yenidən pozulub. Çəmən sərhəd-nəzarət buraxılışı yaxınlığında tərəflər arasında artilleriya vasitələrindən istifadə ilə toqquşmalar var verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Dawn” nəşrinin yazdığına görə, atəşkəsi ilk pozan əfqan hərbçiləri olub, belə ki, onlar Pakistan ərazilərini minaatanlardan atəşə tutublar. Qarşı tərəfin – Əfqanıstan hökumətinin rəsmisi Zabihulla Mücahid isə əfqan hərbçilərin ölkənin Qəndahar əyalətinin Spin-Boldağ dairəsinə hədəflənmiş zərbələrə cavab verdiklərini bildirib.

Nəşrin mənbəsinə görə, silahlı toqquşma yerli vaxtla 22:00-da başlayıb və səhər saatlarına kimi davam edib. Pakistan tərəfdən xəstəxanaya 3 yaralı daxil olub. Ölən yoxdur.

Xatırladaq ki, oktyabr ayında iki ölkə arasında yaşanan silahlı münaqişədən sonra elə həmin ay Qətər və Türkiyənin vasitəçiliyi ilə tərəflər barışıq və atəşkəs haqda razılığa gəlmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti