Bakı. Trend:
Çinin Henan əyalətinin Sanmensia şəhərində tikinti sahəsində qəza baş verib, nəticədə beş nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Hesabatda bildirilib ki, hadisə Sanmensia-Syaohan prospektində yeraltı keçidin tikintisi zamanı torpaq sürüşməsi baş verərkən qeydə alınıb və nəticədə beş işçi ölüb.
Tikinti şirkəti təcili yardım planını işə salıb, yerli hakimiyyət orqanları ilə birlikdə xilasetmə əməliyyatları aparılır. Qəzanın səbəbi araşdırılır.
