...

“Şamaxı” səfərdə qalib gəlib - Premyer Liqa

İdman Materials 7 Dekabr 2025 16:13 (UTC +04:00)
“Şamaxı” səfərdə qalib gəlib - Premyer Liqa

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Trend-in məlumatına görə, günün yeganə matçında “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Şamaxı təmsilçisi 17 xalla 7-ci yerdədir. Yevlax klubu isə 5 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XIV turun açılış oyununda “Qarabağ” səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib. Turun digər matçları dekabrın 8-9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti