...

Külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2025 11:02 (UTC +04:00)
Külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf Mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri, rəqəmsal hədəfləmə alqoritmləri və real-vaxt nəzarət sistemləri hesabına xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Hədəf Mərkəzinin analitik platforması tərəfindən Türkiyə Respublikasından Azərbaycana “kartof” yükü gətirən nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, yük məlumatlarında uyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu üzrə nəzarətə götürülüb.

Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə qanunsuz müdaxilə faktı aşkarlanıb.

Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı “kartof” yükünün içərisində gizlədilən və qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd göstərilən karton qutular saxlanılıb.

Karton qutulara keçirilən baxış zamanı, ümumilikdə 90 adda 22 min ədəd dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, dərman vasitələrinin qanunsuz yolla gömrük sərhədindən keçirilməsi insanların həyat və sağlamlığı üçün böyük təhlükə yarada bilər və bu cür qanunsuz hərəkətlər yolverilməzdir, onların qarşısı ən ciddi şəkildə alınmaqla bu əməlləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti