...

3 nəhəng klub bu futbolçu üçün mübarizə aparır

İdman Materials 6 Dekabr 2025 13:50 (UTC +04:00)

Bakı. Trend:

Madrid “Atletiko”sunun hücumçusu Ciakomo Raspadori İtaliya çempionatına geri qayıtmağı düşünür.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

25 yaşlı futbolçu komandanın əsas heyətində tez-tez yer ala bilmir və La Liqa təmsilçisindən ayrılmaq istəyir. İtaliyalı hücumçuya ölkəsinin 3 nəhəng klubu maraq göstərir. Bunlar “Roma” “Milan” və “Yuventus”dur. Sözügedən 3 klub Raspadori uğrunda mübarizəyə qoşulub.

Hücumçu “Atletiko”ya bu ilin avqust ayında “Napoli”dən transfer olunub. O, komanda ilə 11 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti