...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 6 Dekabr 2025 10:29 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated Brent” xam neft markalarının orta qiymətlərində artım, “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində isə azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,59 ABŞ dolları və ya 0,9 faiz artaraq, bir barelə görə 66,49 ABŞ dolları təşkil edib.

Həftə ərzində maksimum qiymət bir barelə görə 66,95 ABŞ dolları, minimum qiymət isə 66,22 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin orta qiyməti bir barelə görə 64,5 ABŞ dolları olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,69 dollar və ya 1,1 faiz çoxdur. Həftə ərzində maksimum qiymət 65,05 dollar, minimum isə 64,19 dollar təşkil edib.

“Urals” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 3,9 dollar və ya 8,7 faiz azalaraq, bir barelə görə 40,75 ABŞ dolları olub. Həftə ərzində maksimum qiymət 42,10 dollar, minimum isə 39,30 dollar təşkil edib.

“Dated Brent” markalı neftin orta qiyməti bir barelə görə 64,36 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,6 dollar və ya 0,9 faiz çoxdur. Həftə ərzində bu markalı xam neftin bir barelə görə maksimum qiyməti 64,64 dollar, minimum qiyməti isə 64,18 dollar olub.

Neft / tarix

01.12.2025

02.12.2025

03.12.2025

04.12.2025

05.12.2025

Orta qiymət

Azeri LT CIF

$66,22

$66,22

$66,54

$66,50

$66,95

$66,49

Azeri Light FOB Ceyhan

$64,19

$64,21

$64,54

$64,51

$65,05

$64,5

Urals (EX NOVO)

$42,10

$41,58

$40,90

$39,86

$39,30

$40,75

Dated Brent

$64,22

$64,18

$64,41

$64,36

$64,64

$64,36

Məqalədə:
Xəbər lenti

Xəbər lenti