Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 554,1 min kubmetr tikinti kərpici istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti kərpicinin istehsal həcmi 48,6 min kubmetr və ya 9,6% artıb.
Cari ilin noyabrın 1-nə hazır məhsul ehtiyatı 13,8 min kubmetr təşkil edib.
Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-oktyabr aylarında istehsalın ümumi dəyəri 1,181 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz azalıb.
