Bakı. Trend:
"Barselona" İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Betis"in qonağı olacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, son ölkə çempionu oyuna ciddi itkilərlə çıxacaq.
Müdafiəçi Ronald Arauxo, qapıçı Mark-Andre ter Stegen, yarımmüdafiəçilər Pablo Gavi və Dani Olmo komandaya kömək edə bilməyəcəklər.
Qeyd edək ki, "Betis" - "Barselona" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.