...

Hitrou hava limanında soyğun zamanı 21 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 7 Dekabr 2025 22:57 (UTC +04:00)
Hitrou hava limanında soyğun zamanı 21 nəfər xəsarət alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Həkimlər Londonun Hitrou hava limanında çamadan oğurluğuna cəhd zamanı avtomobil parkında bibər qazından istifadə edilən insident nəticəsində xəsarət alan 21 nəfərə tibbi yardım göstəriblər.

Trend-in məlumatına görə, bu barədə Skotland-Yardın bəyanatında bildirilib.

Polisin açıqlamasına görə, xəsarət alanlar arasında üç yaşlı qız da var. Beş nəfər əlavə müayinə üçün xəstəxanaya yerləşdirilib və onların həyatlarının təhlükədə olmadığı qeyd olunub.

Skotland-Yardın sözçüsü Peter Stevens bildirib ki, ilkin məlumata əsasən, dörd nəfərlik qrup bir qadının çamadanını oğurlamağa cəhd edib və ona bibər qazı olduğu ehtimal edilən maddə çiləyib. Hadisə avtomobil parkındakı liftin içərisində baş verib və liftdə, həmçinin ətrafında olan şəxslər zərər çəkib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisədə əli olmaqda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.

Xəbər lenti

Xəbər lenti