...

Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar

İdman Materials 6 Dekabr 2025 22:03 (UTC +04:00)
Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar.

Trend Boks Federasiyasına istinadən xəbər verir ki, məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) bütün rəqiblərini üstələyib.

O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, turnirdə 15 ölkənin təmsilçiləri mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti