Bakı. Trend:
Qax rayon sakini 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
