...

“Biz fransız dilini öyrənənlərin sayını artırmağa çalışırıq” – Sofi Laqut

Cəmiyyət Materials 6 Dekabr 2025 17:58 (UTC +04:00)
“Biz fransız dilini öyrənənlərin sayını artırmağa çalışırıq” – Sofi Laqut
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Biz fransız dilini öyrənən azərbaycanlıların sayını artırmağa çalışırıq.

Bunu Trend-ə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sofi La1ut Bakıdakı Fransız Universitetində keçirilən "Açıq Qapı" günü çərçivəsində bildirib.

"Bu gün biz Bakının mərkəzində yerləşən Fransa Universitetindəyik. Bu, fransız dilini öyrənmək, fransız mədəniyyəti ilə tanış olmaq, kitablarını oxumaq üçün bir yerdir. Bizdə həmçinin kitabxana və uşaqlar üçün ayrıca ədəbiyyat guşəsi mövcuddur. Bu gün "Açıq Qapı" günü keçirilir və biz ümid edirik ki, yeni ziyarətçiləri universitetə cəlb edə biləcəyik və onları fransız dili öyrənməyə təşviq edəcəyik.

Biz fransız dilini öyrənən azərbaycanlıların sayını artırmağa çalışırıq və bu, onlara təqdim edə biləcəyimiz imkanları göstərmək, müəllimlərlə və komanda ilə tanışlıq üçün əla bir fürsətdir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti