...

Cənubi Afrikada hotelə silahlı hücum edilib - 11 nəfər ölüb

Dünya xəbərləri Materials 6 Dekabr 2025 18:22 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Afrikanın paytaxtı Pretoriyada üç silahlı şəxs hotellərdən birinə basqın edib. Silahlı hücum nəticəsində 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Pretoriyadan 18 kilometr qərbdə yerləşən Solsfild qəsəbəsindəki hadisədə ölənlər arasında iki uşaq və bir gənc də olub.

Silahlı hücumun səbəbləri hələ də məlum deyil və heç bir şübhəli şəxs həbs edilməyib.

Polisin verdiyi məlumata görə, bu ilin aprel ayından sentyabra qədər silahlı zorakılıq gündə təxminən 63 nəfərin həyatını son qoyub.

Xəbər lenti

Xəbər lenti