...

ECOWAS Beninə ordu göndərməyə hazırdır

Dünya xəbərləri Materials 8 Dekabr 2025 00:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) regional gücü bazar günü Benində bir qrup hərbçinin hakimiyyəti ələ keçirməyə cəhd etdiyi halda konstitusiya nizamını qorumaq üçün lazım gələrsə istifadə olunacaq.

Trend-in məlumatına görə, bu barədə birliyin bəyanatında bildirilib.

Porto-Novoda ordunun konstitusiyaya zidd olaraq hakimiyyəti ələ keçirmə cəhdini qətiyyətlə pisləyən ECOWAS qeyd edib ki, Kotonun konstitusiyanı və ərazi bütövlüyünü müdafiə etmək üçün regional sürətli reaksiya qüvvələrinin yerləşdirilməsi də daxil olmaqla, Benin hökumətini və xalqını dəstəkləyəcək.

Qeyd edək ki, 7 dekabr səhər tezdən bir qrup hərbi zabit milli televiziya vasitəsilə Benində hakimiyyəti ələ keçirdiklərini və prezident Patris Talonu vəzifəsindən uzaqlaşdırdıqlarını elan ediblər. Lakin Milli Qvardiyanın sadiq bölmələri çevriliş cəhdinin qarşısını alıb və qiyamçıların bəziləri həbs olunub. Hökumət ölkədə vəziyyətə tam nəzarət etdiyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti