Beyləqan. Trend:
06.12.2025-ci il tarixdə saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Trend-ə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
XXX
21:17
Beyləqanda baş verən qəza zamanı ölən və yaralananların kimliyi məlum olub.
Trend xəbər verir ki, Məmmədov Nizami Zahid oğlu həyatın itirib. Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu ağır xəsarət alıb.
Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
XXX
20:25
Beyləqanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Mersedes" markalı minik maşını idarəetməni itirərək yol kənarında aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
