Bakı. Trend:
Rəsmi Vaşinqton və Kiyevdən olan nümayəndə heyətlərinin görüşündə Ukraynanın müharibədən sonrakı bərpası məsələsi qaldırılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.
“Tərəflər Ukraynanın müharibədən sonrakı bərpasına dəstək üçün gələcək rifah məsələsini, ABŞ və Ukraynanın birgə iqtisadi təşəbbüslərini, eləcə də uzunmüddətli bərpa layihələrini ayrıca müzakirə ediblər”,-deyə açıqlamada qeyd olunur.
Məlumatda vurğulanır ki, danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, Amerika liderinin kürəkəni, iş adamı Cared Kuşner, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov iştirak ediblər.
