Tərtər.Trend:
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Səxavət Axundov saxlanılıb.
Trend-in yerli bürosunun məlumatına görə, S.Axundovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib.
Onun üzərindən və yaşadığı ünvandan satış məqsədi ilə əldə etdiyi çəkisi 1 kiloqrama yaxın olan marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Axundov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
