...

Azərbaycan və Gürcüstan media sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıra bilər - Ramilə Əliyeva

Cəmiyyət Materials 6 Dekabr 2025 09:51 (UTC +04:00)
Azərbaycan və Gürcüstan media sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıra bilər - Ramilə Əliyeva
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Gürcüstan media sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıra bilər.

Bunu Gürcüstanın ictimai yayımçısı “Diversity Georgia” qrupunun rəhbəri Ramilə Əliyeva Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanın media sahəsində əməkdaşlığı hələ ilkin mərhələdədir və hazırkı forum iki ölkənin media ictimaiyyətləri arasında daha dərin və əhəmiyyətli münasibətlər üçün başlanğıc nöqtəsi ola bilər.

“Bizim bir-birimizi daha yaxşı tanımağımız çox önəmlidir. Gürcüstan mediasının nümayəndələri azərbaycanlı həmkarlarını tanımalı və birbaşa əlaqə qura bilməlidirlər. Bu, məlumatı operativ şəkildə yenidən yoxlamağa və onun doğruluğuna əmin olmağa imkan verəcək”, – deyə R. Əliyeva vurğulayıb.

O bildirib ki, hər iki ölkə dezinformasiya və saxta xəbərlərin yayılması kimi ciddi bir çağırışla üzləşir.

“Rəqəmsal mühit böyük imkanlar yaradır, lakin bununla yanaşı, bir çox yeni problemlər də gətirir. Dezinformasiya ilə mübarizə aparmaq üçün yalnız birgə səylər göstərə bilərik”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Gürcüstanda müxtəlif layihələr həyata keçirən çoxsaylı media qurumları mövcuddur, lakin hələlik azərbaycanlı həmkarlarla birgə təşəbbüslər yoxdur.

“Hər iki tərəfin dəstəyi ilə çox şey həyata keçirmək mümkündür. Birgə layihələr əməkdaşlığın gücləndirilməsində mühüm addım ola bilər”, – R. Əliyeva əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti