...

“Yuventus” və “Napoli” gənc müdafiəçi üçün səfərbər oldu

İdman Materials 6 Dekabr 2025 17:47 (UTC +04:00)

Bakı. Trend:

İtaliya nəhəngləri “Leççe”nin gənc müdafiəçisi üçün hərəkətə keçib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Yuventus” və “Napoli” klubları “Leççe”nin mərkəz müdafiəçisi Tiaqo Qabrielin transferində maraqlıdırlar.

Hər iki klub qış transfer pəncərəsində 20 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Neapol təmsilçisinin, həmçinin “Sassuolo”nun müdafiəçisi Tarik Muharemoviçi də izlədiyi bildirilir.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxan Qabriel 1 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Xəbər lenti

Xəbər lenti