...

Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı artıb

Telekommunikasiya Materials 6 Dekabr 2025 14:31 (UTC +04:00)
Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25 463 ədəd noutbuk istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 827 ədəd və ya 15,6 dəfə çoxdur.

Bundan başqa, bu ilin ilk 10 ayında Azərbaycanda 2 847 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 783 ədəd, yaxud da 2,7 dəfə çoxdur.

Qeyd edək ki, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvaroktyabr aylarında 253,4 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 11,6 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 98,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti