Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri Latın Amerikasında narkokartellərlə mübarizə məqsədi ilə yaxın vaxtlarda quru ərazilərindəki hədəflərə zərbələr endirməyə başlayacaq.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentində keçirilən rəsmi qəbul zamanı açıqlayıb.
Trampın sözlərinə görə, Vaşinqton bu məsələdə "çox sərt mövqe" nümayiş etdirib və bunun nəticəsində ABŞ-yə dəniz yolu ilə narkotik tədarükü 94 faiz azalıb.
"Biz eyni tədbirləri quruda da həyata keçirəcəyik, çünki bütün marşrutları, bütün binaları, onların harada yaşadığını bilirik. Onlar haqqında hər bir məlumata malikik", – deyə prezident bildirib.
O əlavə edib ki, ötən il ABŞ-də narkotik istifadəsi səbəbindən təxminən 300 min insan həyatını itirib.
"Bu, dəhşətli bir müharibədir və biz buna göz yummayacağıq", – Tramp vurğulayıb.