...

Türkiyədə ağır yol qəzası - Çox sayda ölən və yaralılar var

Dünya xəbərləri Materials 6 Dekabr 2025 12:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə Türkiyənin Şanlıurfa-Adana avtomobil yolunda Ayranlı tunelindən 2 kilometr aralıda ağır yol qəzası baş verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sürücüsü hələ müəyyən edilməmiş sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən TIR-a arxadan çırpılıb.

Toqquşma nəticəsində 6 nəfər hadisə yerində dünyasını dəyişib. Yaralanan 11 nəfər təcili tibbi yardım maşınları ilə Osmaniyə rayonunun müxtəlif xəstəxanalarına çatdırılıb. Yaralılardan biri xəstəxanada həyatını itirib.

Hadisə yerinə çox sayda yanğınsöndürən, tibb personalı, polis və jandarma briqadaları cəlb olunub. Xilasedicilər uzun səylərdən sonra toqquşmadan sonra avtobusda köməksiz vəziyyətdə qalmış sərnişinləri çıxara biliblər. Hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti