Bakı. Trend:
ABŞ-nin Alyaska ştatında 7,0 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Yakutat şəhərindən 96 km məsafədə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.