...

Bakı Bulvarında dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib (VİDEO)

Hadisə Materials 7 Dekabr 2025 23:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər Bulvarı ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat daxil olan kimi hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıcların həyata keçirdiyi operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü N.Əlizadə, Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilərək aidiyyəti qurumlara təhvil verilib.

Xəbər lenti

Xəbər lenti