Bakı. Trend:
İsveçrə sakinlərinin təxminən yarısı ölkə əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması ideyasını dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, təşəbbüs sağçı Xalq Partiyası tərəfindən irəli sürülüb və məsələ gələn il referendumda müzakirəyə çıxarılacaq.
Sorğu nəticələrinə əsasən, seçicilərin 48 faizi əhali limitinin tətbiqinə müsbət yanaşır. Lakin bu təşəbbüsün həyata keçirilməsi Aİ ilə, o cümlədən insanların sərbəst hərəkəti barədə əsas sazişlərin yenidən nəzərdən keçirilməsini tələb edəcək.
Qeyd olunur ki, İsveçrənin hazırkı əhalisi 9 milyondan bir qədər çoxdur və hər dörd sakindən biri xaricdə doğulub. Demoqraflar əhali sayının 10 milyonu 2035-ci ilə qədər ötəcəyini proqnozlaşdırırlar.
