...

Uitkoff İsrail və Qətər arasında gizli görüş təşkil edəcək

Dünya xəbərləri Materials 8 Dekabr 2025 01:32 (UTC +04:00)
Uitkoff İsrail və Qətər arasında gizli görüş təşkil edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff İsrail və Qətər nümayəndələri arasında münasibətlərin normallaşdırılması məqsədilə Nyu-Yorkda gizli görüş keçirəcək.

Trend xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Qeyd olunub ki, görüşdə İsraili "Mossad"ın rəhbəri David Barnea, Qətəri isə yüksək rütbəli bir məmur təmsil edəcək.

Axios-un məlumatına görə, Nyu-Yorkda keçiriləcək görüşdə çox güman ki, Qəzza zolağındakı vəziyyət və Fələstinin radikal HƏMAS hərəkatının tərksilah edilməsi müzakirə olunacaq.

İsrailin sentyabrın 9-da Dohada HƏMAS-ın yüksək rütbəli liderlərini hədəf alması nəticəsində ABŞ-ın Yaxın Şərqdəki iki əsas tərəfdaşı arasında münasibətlər əhəmiyyətli dərəcədə pisləşib. Fələstin hərəkatı bu hücumda 6 nəfərin, o cümlədən təşkilatın Qəzza zolağındakı liderlərindən birinin oğlu Xəlil əl-Heyinin və Qətər təhlükəsizlik zabitinin öldüyünü bildirib.

Xəbər lenti

Xəbər lenti