...

Özbəkistanda Konstitusiya Günü ərəfəsində 615 nəfər əfv edilib

Dünya xəbərləri Materials 7 Dekabr 2025 22:08 (UTC +04:00)
Özbəkistanda Konstitusiya Günü ərəfəsində 615 nəfər əfv edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dekabrın 8-də Konstitusiya Günü ərəfəsində 615 nəfəri əfv edib.

Trend-in məlumatına görə, bu barədə fərman dövlət başçısının rəsmi saytında dərc olunub.

Qeyd olunub ki, əfv olunanlar əməllərindən səmimi şəkildə peşman olan və islahata qətiyyətlə bağlılıq göstərən şəxslərdir.

Əfv edilən 615 nəfərdən 220-si şərti olaraq azadlığa buraxılıb, 123 nəfər şərti cəzadan azad edilib, 97 məhkumun barəsində həbs-qətimkan tədbiri dəyişdirilib, 175 nəfərin isə həbs müddəti azaldılıb.

Fərmanda bildirilir ki, əfv olunanlar arasında 9 əcnəbi, 29 qadın, 23 kişi, 264-ü 30 yaşadək şəxs və 9 qadağan olunmuş təşkilatların üzvü var.

Xəbər lenti

Xəbər lenti