...

Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

Cəmiyyət Materials 7 Dekabr 2025 20:53 (UTC +04:00)
Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

Bakı. Trend:

Dekabrın 9-dan 10-dək güclü maqnit qasırğaları gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası "Telegram" kanalında yazıb.

"Dünən gecə baş verən "M8.1" sinifli partlayışdan sonra Yerə doğru plazma atılması nəticəsində 9 və 10 dekabr çərşənbə axşamı və çərşənbə günləri "G2-G3" səviyyəsində (orta və güclü) maqnit qasırğaları gözlənilir", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti