...

Zaqatalada piyada ölümü ilə nəticələnən qəza baş verib

Hadisə Materials 6 Dekabr 2025 11:05 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Zaqatalada piyada ölümü ilə nəticələnən qəza baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, bu gün səhər saatlarında Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Rövşən Hazmanov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti