Bakı. Trend:
Tayland ilə Kamboca sərhədində baş verən atışmada iki Tayland əsgəri yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Tayland Quru Qoşunlarının İkinci Hərbi Dairəsi açıqlama yayıb.
Məlumata əsasən, Tayland qoşunları "Kamboca qüvvələri atıcı silahlardan atəş açdıqdan" sonra toqquşmaya başlayıblar. İkinci Ordu Dairəsinin komandiri bütün bölmələrin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.
"Tayland tərəfində iki yaralanan var. Tayland qüvvələri döyüş qaydalarına uyğun olaraq mütənasib şəkildə cavab atəşi açıb. Toqquşmalar dayandırılıb, lakin bölmələr tam hazırlıq vəziyyətindədir və ərazinin təhlükəsizliyini təmin etməyə davam edəcək", - deyə bildirilib.
“Mövcud qeyri-müəyyənlik və toqquşmaların eskalasiyası ehtimalı səbəbindən, dörd vilayətin - Buriram, Surin, Sisaket və Ubonratçatxaninin sərhəd bölgələrinin sakinlərinə təhlükəsizlikləri üçün mülki şəxslərin təxliyə planına uyğun olaraq təyin olunmuş sığınacaqlara təxliyə etmələri tövsiyə olunur", - deyə qeyd olunub.