...

Messi 48-ci kubokunu qazanıb

İdman Materials 7 Dekabr 2025 06:56 (UTC +04:00)
Messi 48-ci kubokunu qazanıb

Bakı. Trend:

Argentinalı hücumçu Lionel Messi 48-ci kubokunu qazanıb.

Trend xəbər verir ki, onun “İnter Mayami” klubu MLS Kubokunun finalında “Vankuver Uaytkeps” üzərində 3:1 hesablı qələbə qazanıb.

O, daha əvvəl “Barselona” ilə 35 kubok, PSJ ilə üç, “İnter Mayami” ilə isə dörd kubok qazanıb. O, həmçinin milli komanda ilə altı titul qazanıb, o cümlədən FİFA dünya çempionluğunu.

Messi 2023-cü ildən “İnter Mayami”də oynayır. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir. Bu mövsüm o, bütün yarışlarda 41 oyun keçirib, 38 qol vurub və 23 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti