...

Azərbaycanda mebel istehsalının dəyəri 433 milyon manata yaxın olacaq

İqtisadiyyat Materials 6 Dekabr 2025 14:06 (UTC +04:00)
Azərbaycanda mebel istehsalının dəyəri 433 milyon manata yaxın olacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən illə müqayisədə bu ilin ilk 10 ayı ərzində ölkəmizdə mebel istehsalı 10,9 % artıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan məlumat verib.

O bildirib ki, 2024-cü il üzrə Azərbaycanda mebel istehsalının dəyəri 391,2 milyon manat idi isə, bu ilin sonu həmin rəqəmin 433 milyon manata yaxın olacağı proqnozlaşdırılır .

“Bugün ölkəmizdə mebel istehsalı mebelə olan daxili tələbatın 50 - 60% ödəmək iqtidarındadır. Mebelin hazırlanmasında əsas təlabat mdf və laminat məhsullarınadır. Mebel istehsalı interyer dizayn sahəsinin əsas xəttidir. İnteryer dizayn sahəsi isə hərgün yenilənir, yeni təlabatlar formalaşır. Müasir dizayn həlləri, funksionallıq, trendlər, rəng və teksturalar tələbatın formalaşmasında əsas rol oynayır”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti