Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb
rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava
şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki,
Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının
leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı
ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
