...

"Qalatasaray"ın yarımmüdafiəçisi İngiltərəyə qayıda bilər

İdman Materials 7 Dekabr 2025 03:38 (UTC +04:00)
"Qalatasaray"ın yarımmüdafiəçisi İngiltərəyə qayıda bilər

Bakı. Trend:

"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara İngiltərəyə qayıda bilər.

Trend xəbər verir ki, "Lids Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Football Insider" məlumat yayıb.

Premyer Liqa təmsilçisi Saranı yanvar ayında heyətinə qatmağa çalışacaq. İstanbul nəhəngi 26 yaşlı orta xətt oyunçusunu 20 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib. "Sambaçı" bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti