Bakı. Trend:
Londonun Uest End bölgəsində şənbə gününün gecə saatlarında baş verən insidentlə bağlı polisə müraciət olunub.
Trend xəbər verir ki, insidentdə şübhəli şəxs 29 yaşlı futbolçudur və o, polis tərəfindən saxlanılıb.
Futbolçuya qarşı iki zorakılıq və bir dava maddəsi üzrə şübhə irəli sürülüb. Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib və polisin açıqlamasına görə, onun aldığı xəsarətlər həyati təhlükə törətmir.
Hazırda futbolçu girov qarşılığında sərbəst buraxılıb, araşdırmalar isə davam etdirilir.
Böyük Britaniya qanunvericiliyinə əsasən, saxlanılan şəxsin adı yalnız ona rəsmi ittiham irəli sürüldükdən sonra açıqlana bilər. Bu qayda 2012-ci ildə Leveson Komissiyasının qərarından sonra tətbiq olunub və yalnız istisna hallarda həmin şəxsin kimliyinin açıqlanmasına icazə verilir.
