Bakı. Trend:
Gürcüstanda 2024-2025-ci tədris ilində tələbələrin 51 faizini qızlar, 49 faizini isə oğlanlar təşkil edib.
Trend xəbər verir ki, bu barədə, Gürcüstanın Milli Statistika Xidmətinin noyabr ayında dərc etdiyi “Gürcüstanda Qadın və Kişilər 2025” adlı son hesabatda deyilir.
Qız tələbələrin 58 faizi dövlət ali təhsil müəssisələrində, 42 faizi isə özəl ali təhsil müəssisələrində təhsil alıb. Onların ümumi sayı 99 min nəfər olub.
Oğlan tələbələrin 57 faizi dövlət universitetlərində, 43 faizi isə özəl universitetlərdə təhsil alıb. Onların ümumi sayı 89 min nəfər olub.