...

Nigeriya qaçırılan 100 tələbənin azad edilməsini təmin edib

Dünya xəbərləri Materials 8 Dekabr 2025 04:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriya federal hökuməti Niger ştatında terrorçular tərəfindən qaçırılan 100 tələbənin azad edilməsinə nail olub.

Trend xəbər verir ki, məlumatı "Channels" telekanalı yayıb.

Xatırladaq ki, noyabrın 20-dən 21-nə keçən gecə Niger ştatının Papiri şəhərində 300-dən çox məktəbli və müəllim cinayətkarlar tərəfindən girov götürülərək naməlum yerə aparılıb. Onlardan 50 nəfər qaçmağa nail olub. Hazırda 153 şagird və 12 müəllim hələ də quldurların əsirliyindədir.

Ölkədə terrorçu qrupların məktəblərə hücumları son günlər artıb. Noyabrın 25-də hakimiyyət orqanları 17 noyabrda Kebbi ştatının Maqa qəsəbəsinə hücum zamanı girov götürülmüş 24 məktəbli qızın azad edilməsinə nail olmuşdu.

Məktəblərə hücumların sayının çoxalması səbəbindən Nigeriya prezidenti xarici səfərlərini ləğv edib. Ölkənin 36 ştatından 10-da təhlükəsizlik məqsədilə məktəblər bağlanıb, əlavə hərbi və polis qüvvələri bölgələrə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti