...

Tokio Pekini Yaponiya qırıcı təyyarələrinə radarları yönəldirməkdə ittiham edib

Dünya xəbərləri Materials 7 Dekabr 2025 10:40 (UTC +04:00)

Bakı. Trend:

Çinə məxsus "J-15" qırıcı təyyarəsi dəfələrlə Yaponiya hərbi təyyarələri istiqamətində radarları yönəldirib.

Trend-in məlumatına görə, bu barədə Yaponiya müdafiə naziri Sindziro Koidzumi bildirib.

Məlumata əsasən, hadisə dekabrın 6-da Yaponiyanın Okinava adasının cənub-şərqindəki beynəlxalq sular üzərində iki dəfə baş verib.

"Bu hallar uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olanlardan kənara çıxan təhlükəli hərəkətləri nümayiş etdirir", - deyə nazir qeyd edib.

Tokio Çin tərəfinə sərt etirazını bildirib və bu cür hadisələrin təkrarlanmasına yol verilməməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti