...

"S&P" manatın dollara nisbətdə məzənnəsi ilə bağlı proqnoz verib

İqtisadiyyat Materials 6 Dekabr 2025 11:45 (UTC +04:00)
"S&P" manatın dollara nisbətdə məzənnəsi ilə bağlı proqnoz verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan manatının ABŞ dollarına 1 dollar üçün 1,7 manat səviyyəsində sabit nisbətinin qorunacağı gözlənilir.

Trend “S&P Global Ratings” agentliyinə istinadən xəbər verir ki, bu sabitliyi ölkənin müntəzəm valyuta müdaxilələri və möhkəm ehtiyat potensialı dəstəkləyir.

“S&P”nin hesabatında vurğulanır ki, 2025-ci il oktyabrın 31-nə Mərkəzi Bankın ehtiyatları 11,4 milyard ABŞ dollarına çatıb və neft qiymətlərinə dair əsas ssenari çərçivəsində əhəmiyyətli buffer təmin edir.

“Bununla belə, iqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığını nəzərə alaraq, uzunmüddətli aşağı neft qiymətləri dövrü hökuməti ehtiyatların qorunması məqsədilə məzənnənin idarə olunan şəkildə tənzimlənməsi imkanını nəzərdən keçirməyə vadar edə bilər. Sabit məzənnə aşağı inflyasiyanı dəstəkləyir, lakin Mərkəzi Bankın pul-kredit siyasətini müstəqil aparmaq imkanlarını məhdudlaşdırır. Manatla depozitlər üzrə faizlərin artırılması və məzənnənin sabit qalması nəticəsində depozitlərin dollarlaşması pandemiyadan əvvəlki 55%-lə müqayisədə 29%-ə düşüb. Bununla belə, valyuta bazarına yenidən təzyiq yaranacağı halda əmanətlərin sürətlə xarici valyutada depozitlərə qaytarılması mümkündür”, – deyə hesabatda qeyd olunur.

“S&P” analitikləri xatırladırlar ki, Azərbaycanda bankların prudensial tənzimlənməsi və nəzarətinin gücləndirilməsinə yönəlmiş 2024–2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində geniş islahatlar həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti