...

Azərbaycanla Ermənistan arasında sülhün institutlaşdırılması üzərində işləmək lazımdır - Qriqoryan

Siyasət Materials 6 Dekabr 2025 15:04 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sülhün institutlaşdırılması üzərində işləmək lazımdır - Qriqoryan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sülhün institutlaşdırılması üzərində işləmək lazımdır.

Trend xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qətərdə Doha Forumu çərçivəsində keçirilən panel müzakirələrində deyib.

Müzakirələrdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

İrəvan və Bakı sülhə can atır və bu, çox vacibdir, çünki bu olmadan beynəlxalq ictimaiyyətin səyləri nəticə verə bilməz. İndi sülhün uzunmüddətli olması üçün onu institusionallaşdırmağın üzərində çalışmaq lazımdır”, – Qriqoryan qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi həmçinin bildirib ki, hazırda Bakı və İrəvanın narrativləri bir-birinə daha yaxındır, halbuki 1-2 il əvvəl tərəflər bir-birinə zidd mövqeləri müzakirə edirdi.

Avqust ayında Vaşinqtonda keçirilən görüşdən danışan Qriqoryan əlavə edib ki, bir çox məsələlərin müəyyənləşməsində İrəvan və Bakının mövqeləri, eləcə də ABŞ Prezidenti Donald Trampın sülhə sadiqliyi mühüm rol oynayıb.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti