...

Çinin şimal-qərbində baş verən yol qəzasında 9 nəfər ölüb

Dünya xəbərləri Materials 7 Dekabr 2025 10:06 (UTC +04:00)

Bakı. Trend:

Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunda baş verən bir sıra yol-nəqliyyat qəzalarında doqquz nəfər ölüb, yeddi nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyətə istinadən bildirib.

Məlumata əsasən, hadisələr 6 dekabrda yerli vaxtla saat 22:00-da Taçen dairəsinin Usu şəhər qəzasında sürətli yolun müxtəlif hissələrində baş verib.

Xəsarət alalar xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti